Priqojin “Moskva yürüşü”ndən əvvəl Kremllə əlaqə qurmağa çalışıb- Putin danışmaq istəməyib

“İyunun 23-də axşam Moskvaya qarşı “ədalət yürüşünün” başlandığını elan edəndən sonra hakimiyyət Priqojinlə bu və ya digər formada danışıqlar aparıb. İyunun 24-də günortadan sonra “Vaqner” rəhbərinin özü Putinlə əlaqə saxlamağa çalışıb, lakin prezident onunla danışmaq istəməyib”.

Azpost.info xəbər verir ki, bu barədə Kremlə yaxın mənbə “Meduza”ya bildirib.

Mənbə həmçinin qeyd edib ki, Priqojin ordudan əlavə dəstək almayıb və paytaxta qarşı kampaniyanın qeyri-müəyyən perspektivi ilə üzləşib. Bundan sonra Kreml Belarus prezidenti Aleksandr Lukaşenkonun, Rusiya prezident administrasiyasının rəhbəri Anton Vaynonun və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlovun iştirakı ilə danışıqlara başlayıb.

Azpost.info

Əvvəlki məqalə

Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Sonrakı məqalə

Sabah hava necə olacaq?