Prokuror Rusiyalı məşhur aktyor Mixail Yefremova 11 il həbs istəyib

Rusiyalı aktyor, Kremlin açıq tənqidçisi Mixail Yefremov alkoqolun təsiri altında avtomobil idarə edərkən olarkən bir nəfəri öldürməkdə özünü təqsirli bilir.

“Bəyanat vermək istəyirəm, özümü təqsirli bilirəm”, – Yefremov sentyabrın 3-də məhkəməsində deyib.

Avqustun 5-dən başlamış məhkəmə prosesində Yefremov təqsirli olmadığını, iyunun 8-də axşam vermiş hadisəylə bağlı heç nəyi xatırlamadığını deyirdi.

Dövlət ittihamçısı bugünkü prosesin əvvəlində deyib ki, Yefremovun təqsiri polis və şahid ifadələri əsasında sübut olunub. Diana Qaliullina aktyora 11 il həbs cəzası istəyib.

Üç şahidin bildirməsinə görə, Yefremov qəza zamanı digər avtomobili vuranda maşında tək olmayıb. Bir şahid maşını Yefremovu idarə etmədiyini, digəri isə onun qəzadan sonra sərnişin yerindən düşdüyünü deyib.

Təqsiri sübuta yetirilərsə, Yefremov 12 ilədək həbs cəzasına məhkum edilə bilər.

Polis aktyorun sərxoş vəziyyətdə avtomobili yüksək sürətdə idarə etdiyini, digər maşını vurduğunu bildirir. 57 yaşlı Sergey Zaxarov xəstəxanaya aparılsa da, bir neçə saatdan sonra vəfat edib.

56 yaşlı Yefremovun Prezident Vladimir Putini və onun siyasətini tənqid edirdi, son illər çox populyar idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan hərbçiləri Moskvadakı festivalda birinci yeri tutub –

Sonrakı məqalə

Prezidentin köməkçisi daha bir qrup QHT rəhbəri ilə görüşüb