Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Prokuror Vaqif Xaçatryana 15 il istəyib

User 07 Noyabr 2023 - 11:14 (Last updated: 21 May 2025 - 20:15)
16992535243908439289_1200x630

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

İş üzrə dövlət ittihamçısı, Baş prokurorun köməkçisi Müqəddəs Sultanovun çıxış edərək Vaqif Xaçatryanın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokurorun Vaqif Xaçatryana 15 il cəza istəməsinin səbəbi izah edilib.

Onun ittiham olunduğu soyqırımı, sülh və müharibə əleyhinə olan cinayətlərlə bağlı cəzanın ən yuxarı həddi məhz ömürlük azadlıqdan məhrumetmə cəzasıdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi 65 yaşı keçən şəxslərə ömürlük həddə azadlıqdan məhrumetmə cəzası verilməsini qadağan edir. Vaqif Xaçatryanın da yaşının 65-i keçməsi səbəbindən ona ömürlük cəza verilməsi mümkün deyil.

Azərbaycan qanunvericiliyinə əsasən, 65 yaşdan yuxarı şəxslərə ittiham olunduqları ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır.

Lakin Vaqif Xaçatryan bu əməlləri 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olmuş qanunvericiliyinə əsasən, sülh və müharibə əlehinə olan cinayətlərə görə sanksiya həddi 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası olub.

Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçatryanın hazırkı qanunvericilikdə olan sanksiya həddində deyil, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliyə əsasən cəzalanması hüquqi baxımdan tələblərə uyğundur.

Bu səbəbdən prokuror çıxışında Meşəli hadisələrində təqsirli bilinən şəxsə qanunvericiliyə əsasən, ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə – 15 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Prokuror deyib ki, Vaqif Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Prosesdə saat 14:00-ə qədər fasilə elan edilib(apa).

Post navigation

Previous: “Qarabağ”-“Bayer” oyununun hakimləri açıqlanıb
Next: “Nazirlər qazilərin şikayətinə baxmır. Problemi kim həll etməlidir?” –

Oxşar xəbərlər

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32

xƏBƏR

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ iqtisadçısı və professor Ceffri Saksla söhbətdə Azərbaycanın enerji siyasəti, Avropa ilə...
Read more about “Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev
65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır? hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.