Prokurorluq Ağdam Musiqi Kollecində əməliyyat keçirir- FOTO

Baş Prokurorluq Ağdam Musiqi Kollecində əməliyyat tədbiri keçirir.

Əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq məlumat təsdiq edilib.

Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ağdam Musiqi Kolleci Ağdamın Quzanlı qəsəbəsində yerləşir.

Əvvəlki məqalə

“Sənədi imzalamağa hazıram, gecikmək qarşıdurmanı uzadacaq”

Sonrakı məqalə

Naxçıvan MR-in bu il üçün büdcə xərcləri məlum olub