Prokurorluq “Jurnalistlər binası”nda azyaşlının 16-cı mərtəbədən yıxılmasını araşdırır

08 İyun 2021 - 21:33

Səbail rayon Prokurorluğu 2017-ci il təvəllüdlü Abbas İsmayılovun rayonun Salyan şossesi 32 ünvanında yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı araşdırmalara başlayıb.

Prokurorluqdan verilən məlumata görə, rayon prokurorluğuna bu barədə məlumat daxil olub: “İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun rayonun Salyan şossesi 32 ünvanında yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir”.