Proqramı dünyanı şoka salan sözlə yadda qalan teleaparıcısı vəfat edib

ABŞ və SSRİ arasındakı telekörpülərin aparıcısı olan məşhur amerikalı teleaparıcı Fil Donahyu vəfat edib.

Bu barədə onun ailəsi “NBC” telekanalının “Today” şosunun rəsmi səhifəsi vasitəsilə məlumat verib. 89 yaşlı F. Donahyu öz evində dünyasını dəyişib.

Qeyd edək ki, onun aparıcısı olduğu “Fil Donahyunun Şousu” proqramının qonaqları arasında Nelson Mandela, Medlin Mürrey O`Hara kimi məşhurlar olub.

F. Donahyu Rusiyalı jurnalist Vladimir Poznerlə SSRİ və ABŞ arasında telekörpülərin aparıcısı olub. Onların aparcısı olduğu verilişdə sovet qadınlarından birinin amerikalı iştirakçıya dediyi “SSRİ-də seks yoxdur” ifadəsi bütün dünyada məşhur olmuşdu.

O həmçinin 1986-cı ildə “Çernobıl” AES-də baş verən qəzadan sonra əraziyə səfər edən ilk əcnəbi jurnalsit kimi də tarixə düşüb.

Əvvəlki məqalə

“Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmanı sabotaj edir” –

Sonrakı məqalə

“Ləvəngi badımcan”, “quzu təndir”…-