PUA-ların yaradıcısı Səlçuk Bayraktar Bakıya gəldi –

"Şəhidlərimizin ruhları şad olsun!" FOTO
31 Mart 2021 - 22:34

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Azərbaycandadır.

O, bununla bağlı sosial media hesablarında paylaşım edib.

“Hər kəsə can Azərbaycandan salamlar!

Bu gün Bakıda Heydər Əliyevin məzarı ilə Azərbaycan və Türk Şəhidliklərini ziyarət etdik.

Şəhidlərimizin ruhları şad olsun! Qardaşlığımızın gözəl havasını birlikdə udduq.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, – deyə Bayraktar qeyd edib.