ABŞ ordusu Azərbaycanın müharibədəki döyüş qaydalarını öyrənir –Amerika strateqlərini heyrətə salan taktika nədir? (TƏHLİL)

ABŞ ordusu Dağlıq Qarabağda aparılmış 44 günlük müharibədə PUA-ların döyüş fəaliyyətini öyrənir.

Azpost.info bildirir ki, bu barədə “Foreign Policy” jurnalı yazıb.

Məqalədə deyilir ki, Qarabağda müharibədə ABŞ silahlı qüvvələrinin strateqləri üçün bir məsələ aydın oldu: İndi rəqibi təqib və məhv etmək əvvəlkindən asandır və xeyli ucuz başa gəlir: “Baha olmayan dronların sürətli hərəkətini nəzərə alsaq yaxın gələcəkdə heç nədən xəbəri olmayan, tualetə getmək üçün mövqeyindən ayrılmış əsgəri asanlıqla öldürmək mümkün olacaq”.

Siz videolara baxın: Görün PUA-lar tankları, artilleriya mövqelərini, əsgərləri necə  asanlıqla məhv edir” –deyə ABŞ-ın Silahlı Qüvvələrinin assimetrik müharibə qrupunun komandanı, polkovnik Skott Şou deyib.

Onun sözlərinə görə, artıq yalnız amerika hərbçiləri havada mübahisəsiz mövqe üstünlüyünə malik deyil. İndi ortabab dövlətlər özlərinə hazır qabqacıl hərbi-hava sistemləri ala və istifadə edə bilər: “Qarabağda əməliyyatlar zamanı aydın oldu ki, o qədər də varlı olmayan dövlət müxtəlif vasitələr və qoşun növləri tətbiq etməklə ilə müharibə apara bilər. Bunun üçün ABŞ və ya Rusiya olmaq vacib deyil. Ümumqoşun növləri ilə müharibə aparmağın qiyməti çox aşağıdır. Sizin əlinizdə əla hazırlanmış, ixtiyarında ən müasir vasitələr olan ABŞ HHQ-si gücündə ordu olması lazım deyil”.

6 həftəlik müharibə zamanı Azərbaycan türk pilotsuz uçuş aparatından- Bayratkar TB2-dən istifadə etdi. İsrail istehsalı olan sursatlarla silahlanan bu PUA-lar döyüş meydanını kiçiltməklə Ermənistanın zirehli tank qüvvələrini, hətta cəbhə xəttinə hələ gedib çatmamış qüvvələrini məhv etdi.

“Oktyabrın ortalarında İlham Əliyev bildirdi ki, məhz türk PUA-ları 1 milyrad dollar dəyərində erməni hərbi texnikasını məhv etməyə yardım edib”.

Ekspertlərin fikrincə, Dağlıq Qarabağda müharibə daha bir subut etdi ki, amerikan hərbçilərinin İraqda əl atdıqları bombalama kampaniyalarının dağıdıcı gücü ilə yaratdığı şok dövrü artıq arxada qaldı.

Polkovnik Şou hesab edir ki, zəif silahlı qüvvələri olanlar ABŞ-dan nümunə götürərək quruda və suda pilotsuz uçuş aparatlarını genişləndirəcəklər.

“Əgər bu havada mövcuddursa gec-tez suda və quruda da peyda olacaq. Bu pilotsuz aparatlar çox sürətlə yayılacaq. Çünki onlar ucuz və kompaktdır”.

Bununla yanaşı pilotsuz aparatlar daha ölümcül olur. Şounun sözlərinə görə, dronlar getdikcə hava tanklarını xatırladacaq – Bu zirehli uçan monstrlar dağıdıcı zərbələr endirəcəklər. Pilotsuz aparatları məhv etmək çətinləşdikcə yerdəki ordunu öldürmək və döyüş meydanına nəzarət etmək daha asan və ucuz başa gələcək. Bu o deməkdir ki, son 20 ildə öz kaskalarının kamufilyajının rəngini dəyişməyən ordu yeni yanaşmalar axtarıb tapmalıdır ki, düşmən onun əsgərini tapıb öldürməsin .

“Bu, amerikan stilində manevr müharibələri üçün yeni çağırışlar yaradır. Bizə taktiki səviyyədə mükəmməl maskalanma üsullarını axtarmaq mühümdür”-deyə Şou vurğulayıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müharibə əlillərinə təqaüd verilməsi ilə bağlı büdcə xərcləri dəyişib

Sonrakı məqalə

PUA-ların yaradıcısı Səlçuk Bayraktar Bakıya gəldi –