Putinə COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub

Rusiya Prezidenti Vladimir Putinə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndin ikinci dozası vurulub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə V. Putin Rusiya Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətinin iclasında bildirib.

“Sizi məlumatlandırmaq istəyirəm ki, indi, bu zala girməmişdən qabaq peyvəndin ikinci dozasını vurdurdum. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Hətta nəinki ümid edirəm, buna əminəm”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ter-Petrosyan mənə dedi ki, Qarabağda torpaqları artıq geri verməlisən” –

Sonrakı məqalə

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər