“Ter-Petrosyan mənə dedi ki, Qarabağda torpaqları artıq geri verməlisən” –Paşinyandan etiraf

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ildə Baş nazir Nikol Paşinyana Qarabağda torpaqları geri qaytarmağı təklif edib.

Azpost.info bildirir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Sizə bir sirri açım: Birinci prezidentin 2018-ci ilin iyulunda mənimlə görüşündə dedikləridir. Sitat gətrirəm: “Torpaqlar artıq verməlisən”. Nəyin qarşılığında? Niyə? Necə? Hər halda eks-prezidentin həmin gün formalaşmış təsəvvürü bu çərçivədən kənara çıxmırdı, qalan digər şeylər qiymətləndirmə mövzusudur”, – deyə Paşinyan qeyd edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ramazan ayında necə düzgün və balanslı qidalanmalı? –

Sonrakı məqalə

Putinə COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub