Putin Ərdoğana Ukrayna ilə dialoqun şərtini açıqıladı

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Moskvanın Ukrayna ilə bağlı dialoqa açıq olduğunu bildirib.

Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, Putin bunun üçün əsas şərtin Kiyevin Rusiyanın əvvəllər səsləndirdiyi tələbləri yerinə yetirməsi olduğunu deyib.

“Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib. Bir şərtlə ki, Kiyev hakimiyyəti məlum və dəfələrlə səsləndirilən tələblərə əməl etsin və yeni ərazi reallıqlarını nəzərə alsın”, – Kremldən bildiriblər.

Bundan başqa, Putin Ərdoğanla söhbəti zamanı Qərbin Kiyevi silahla yükləmək, həmçinin məlumat və hədəf təyinatını təmin etmək istiqamətindəki dağıdıcı roluna da toxunub.

Azpost.info

Əvvəlki məqalə

Minimum aylıq pensiyanın məbləğinin artırılması 100 minədək adamı əhatə edəcək

Sonrakı məqalə

Ərdoğan prezident seçkisinin vaxtının dəyişdiriləcəyini bəyan edib