Rusiya prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə görüşüb.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, eks-kansler bir mütəxəssis kimi enerji böhranından narahatdır və Rusiya prezidentindən mövcud vəziyyətə baxışını bildirməyi xahiş edib.
Şröder özü isə bildirib ki, görüşdə Rusiya dövlət başçısı Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu nümayiş etdirib.
O qeyd edib ki, Moskvaya səfərin ilkin məqsədi Almaniyanın enerji təhlükəsizliyini müzakirə etmək olsa da, Ukrayna böhranını nəzərdən qaçırmaq mümkün deyil.
Azpost.info