“Yeni Klinika”nın həbsdə olan sabiq direktoru Ali Məhkəməyə müraciət edib

“Yeni Klinika” Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Şikayət ərizəsində cinayət işinin düzgün araşdırılmadığı, Pərviz Abbasovun verilmiş ittihamlarla təqsirsiz olduğu qeyd olunub.

Sabiq direktorun vəkili tərəfindən Ali Məhkəməyə təqdim olunan ərizədə Pərviz Abbasova bəraət verilməsi xahiş olunub.

Xatırladaq ki, “Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru olmuş Pərviz Abbasov Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum olunub.

Sonradan Bakı Apellyasiya Məhkəməsi Pərviz Abbasovun cəzasını 5 il 6 aya endirib. (APA)

Əvvəlki məqalə

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərir

Sonrakı məqalə

Putin Almaniyanın keçmiş kansleri ilə görüşüb