Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb

19 Sentyabr 2020 - 16:35

Rusiyanın yeni hipersəsli döyüş bloklu “Avanqard” raket kompleksinin müəllifinin adı açıqlanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Avanqard” raket kompleksinin müəllifinin adını Rusiya Prezidenti Vladimir Putin açıqlayıb.

O qeyd edib ki, “Avanqard” raket kompleksinin müəllifi Herbert Yefremovdur.