Putin Avropanın Lukaşenkonu tanımamasını pisləyib

26 Sentyabr 2020 - 20:46

Rusiya Avropa İttifaqının Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaması qərarını tənqid edib və bildirib ki, bu, beynəlxalq qanunların pozulması və ölkənin daxili işlərinə kobud şəkildə qarışılması deməkdir.

Belarusda 1994-cü ildən bəri hakimiyyətdə olan Lukaşenko sentyabrın 23-də qəfil və az qala məxfi şəraitdə inaqurasiya keçirib. Halbuki müxalifət və Qərb hökumətləri seçkinin kobud şəkildə saxtalaşdırıldığını və seçki nəticələrinin qəbul edilmədiyini bildirirlər.

Avqustun 9-da keçirilmiş seçkinin rəsmi nəticələrinə görə Lukaşenka 80 faiz səs toplayıb. Müxalifət onun reallıqda 3 faiz səs topladığını bildirir.

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 25-də müxbirlərə deyib ki, Lukaşenkonun dövlət başçısı kimi tanınmaması Avropa İttifaqının Minsklə dialoqunu mürəkkəbləşdirə bilər.

Peskov deyib ki, baş verənlər Minsk və Moskva arasındakı münasibətləri heç bir şəkildə təsirləndirmir. Rusiya Belarus seçkisinin nəticələrini dərhal tanıyıb və prezident Vladimir Putin Lukaşenkonu təbrik edib.

Bunun ardınca Moksva Belarusa dəstək olaraq 1.5 milyard dollar kredit ayırdığını bildirib.

Putin Lukaşenko ilə Soçidə keçirdiyi görüşdə Moskvanın ona tam dəstəyini bildirib.