“Mariupolun sənaye zonasına hücum etmək məqsədəuyğun deyil”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşdə deyib.
“Sənaye zonasına hücumu məqsədəuyğun saymıram. Əməliyyatı ləğv etmək əmri verirəm”, – deyə o Şoyquya söyləyib.
Putin Mariupoldakı hərbi fəaliyyəti ordunun uğuru adlandırıb.