Putin Baydenlə şəxsi əlaqələri bərpa etməyi mühüm sayır

13 İyun 2021 - 13:07

Putin ABŞ prezidenti Baydenlə şəxsi əlaqələrini bərpa etməyi mühüm sayır. 

Azpost.info bildirir ki, bu sözləri Putin “Smotrim” mediaplatformasına müsahibəsində deyib.

Rusiya prezidentinin sözlərinə görə, ABŞ-la Rusiya arasında qarşılıqlı mexanizmlərin bərpası mühümdür. Putinin sözlərinə görə, bu barədə amerikan tərəfi də danışır:“Qarşılıqlı maraq doğuran məsələlər var. Bura strateji sabitlik, regional münaqişələr və təbiəti mühafizə tədbirləri daxildir”. 

ABŞ-Rusiya sammiti 16 iyunda Cenevrədə keçiriləcək.