Putin Belarus, Qazaxıstan və Özbəkistan liderləri ilə telefonla danışıb

Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan lideri Şövkət Mirzizoyevlə telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, Rusiya liderinin bu gün Belarus, Qazaxıstan və Özbəkistan liderləri ilə telefonla danışdığını qeyd edib.

***

14:03

Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan lideri Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Vladimir Putin ölkədəki vəziyyət barədə Qazaxıstan Prezidentinə məlumat verib.

Tokayev qeyd edib ki, baş verən hadisələr Rusiyanın daxili işidir. Rusiyada konstitusiya quruluşu və qanunun aliliyi ölkədə asayişin qorunması üçün zəruri şərtdir. Bu, cəmiyyətin təhlükəsizliyinin və uğurlu inkişafının əsasıdır.

Əvvəlki məqalə

Şarl Mişel Rusiyada baş verənlərə münasibət bildirib

Sonrakı məqalə

Gürcüstan prezidenti Gürcüstan sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb