Putin Belarusla bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının daimi üzvlərinin təcili iclası keçirilib.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Prezident Vladimi Putinin rəhbərliyi ilə keçirilən iclasda ölkədaxili gündəmdə duran məsələlərlə yanaşı, Rusiya-Belarus əməkdaşlığının inkişafı məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

“Biz bu gün sizinlə bir sıra qonşularımızla, coğrafi yaxın olan dövlətlərlə münasibətlərimizin inkişafını müzakirə edəcəyik. Münasibətlər inkişaf edir, bir sıra vacib məsələlərlə bağlı mövqelərimizi razılaşdırmaq və tərəfdaşlarımızla qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün yanaşmaları işləyib hazırlamaq lazımdır”, – deyə Rusiya Prezidenti çıxışında bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ”dan növbəti transfer –

Sonrakı məqalə

Gürcüstanın Prezidenti Azərbaycanın Birinci vitse-prezidentini təbrik edib