“Putin beynəlxalq hüququ ayaqlar altına atıb”- Almaniya XİN

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda beynəlxalq hüququn vacibliyini vurğulayıb.

Azpost.info xəbər verir ki, Berbok bildirib ki, Rusiyanın Ukraynadakı qanunsuzluqları, qəzəbi və müharibənin vəhşiliyi heç bir şeylə əsaslandırıla bilməz: “Mülki əhaliyə atılan kaset bombaları, qaranlıq zindanlardakı işgəncə kameraları, minlərlə ukraynalı uşağın oğurlanması – müharibənin bütün bu vəhşilikləri heç bir şeylə əsaslandırıla bilməz”.

XİN rəhbəri qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi həm də beynəlxalq hüquqa qarşı müharibədir: “Rusiya prezidenti Vladimir Putin beynəlxalq hüququn bütün xalqları birləşdirən əsaslarını ayaqlar altına alıb tapdalayır. Beynəlxalq hüquq güclüdür və onu gücləndirmək indi bizim hamımızın işimizdir”.

Azpost.info

Əvvəlki məqalə

ATƏT sədri Ukraynada səfərdədir

Sonrakı məqalə

İtaliyada mafiya başçısı tutulub