ATƏT sədri Ukraynada səfərdədir- FOTO

ATƏT sədri Buyar Osmani Ukraynaya səfər edib.

Azpost.info xəbər verir ki, Buyar Ukraynanın paytaxtına qatarla gəldiyini, yolun doqquz saat çəkdiyini bildirib.

“Bölgədə təhlükəsizlik və sabitliyi gücləndirmək və insanlara kömək etmək yollarını müzakirə etmək üçün Ukrayna liderləri ilə məhsuldar görüşləri səbirsizliklə gözləyirəm”, – ATƏT sədri deyib.

Bu, Osmaninin ATƏT sədri kimi ilk səfəridir.

Bu arada, ATƏT Baş katibi Helqa Şmid bildirib ki, Rusiya təşkilatdan kənarda qalmamalıdır. Şmid hesab edir ki, mövcud vəziyyət Rusiyanın ATƏT-in üzvü olmaqda davam etməli olduğunu deməyə əsas verir.

Onun sözlərinə görə, eyni masa arxasında oturmaq diplomatik nəzakət mübadiləsi demək deyil.

Azpost.info

Əvvəlki məqalə

Heydər Əliyev prospektində iki maşın toqquşub, xəsarət alan var

Sonrakı məqalə

“Putin beynəlxalq hüququ ayaqlar altına atıb”