Putin Cənub və Qərb hərbi dairə qoşunlarının qəfil yoxlanılması barədə göstəriş verdi –149 mindən çox şəxsi heyət ayağa qaldırıldı

Rusiya Prezidenti Vladimir Putin Cənub və Qərb hərbi dairələri qoşunlarının qəfil yoxlanılması barədə göstəriş verib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qoşunların ölkənin cənub-qərbində təhlükəsizliyin təmin olunması qabiliyyəti və sentyabrda keçiriləcək “Qafqaz-2020” təlimlərinə hazırlıq səviyyəsinin qiymətləndirilməsi planlaşdırılır.

Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu bunun üçün 149 mindən çox şəxsi heyət və 26,8 mindən çox texnika cəlb olunduğunu qeyd edib: “Yoxlama zamanı qoşunlarla taktiki səviyyədə 56 təlimin keçirilməsinə baxılacaq. Bunlar 35 poliqon və təlim meydançaları, Qara və Xəzər dənizləri akvatoriyasının 17 dəniz poliqonunda olacaq. Qəfil yoxlanışa 149 755 nəfər şəxsi heyət, 26 820 silah və hərbi texnika, 414 uçuş aparatı, 106 hərbi gəmi cəlb olunub”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov XİN-in kollektivinə təqdim olundu

Sonrakı məqalə

“PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir” –