Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin Çinin müdafiə nazirini qəbul edib

User 17 Aprel 2023 - 16:02 (Last updated: 21 May 2025 - 20:15)
64f2a499-6cdb-41e1-8454-61897da600ae

Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Çinin müdafiə naziri Li Şanfu ilə görüşüb.

Azpost.info xəbər verir ki, bu, çinli nazirin vəzifəyə gəldikdən sonra ilk xaricə səfəridir.

Rusiya Müdafiə Nazirliyi səfərin aprelin 18-dək davam edəcəyini bildirib.

Li Şanfunun Putinlə görüşü barədə əvvəlcədən məlumat verilməyib, onun müdafiə naziri Sergey Şoyqu ilə görüşü açıqlanıb. Şoyqu Putinin Çin naziri ilə Kremldə baş tutan danışıqlarında iştirak edib.

Açılış nitqində Putin Moskva ilə Pekin arasında hərbi sahədə əməkdaşlığı “uğurlu və çoxşaxəli” adlandırıb və qeyd edib ki, iki ölkənin hərbi idarələri mütəmadi olaraq məlumat mübadiləsi aparır və birgə təlimlər keçirir. Li Şanfu Çin lideri Si Cinpinin Rusiya ilə Çin arasındakı münasibətlərin “soyuq müharibənin hərbi-siyasi ittifaqlarından üstün olması”, lakin digər ölkələrə qarşı yönəlməməsi tezisini təkrarlayıb.

Putinin Çinin müdafiə naziri ilə görüşü Si Cinpinin Moskvaya səfərindən bir neçə həftə sonra baş tutub. Putin və Si arasında danışıqlarda Ukraynadakı müharibə də müzakirə olunub və Putin Çin sülh planının bir çox bəndlərini dəstəklədiyini bildirib.

Li Şanfu Çin ordusunun Moskva ilə hərbi əməkdaşlığına görə ABŞ-ın sanksiya siyahısına daxil edilib.

Azpost.info

 

Post navigation

Previous: “Repetitorluq ləğv edilə bilməz” –
Next: XİN rəhbəri Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərini dərhal azad etməyə çağırıb

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36
Milli Məclisə Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsinə 3 nəfərin namizədliyi irəli sürülüb. Bu, Milli...
Read more about Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.