Putin COVID-19-a görə özünütəcrid rejiminə keçib

Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirus (COVID-19) infeksiyasına görə özünütəcrid rejiminə keçib.

“RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putinin Tacikistan Prezidenti Emamoli Rahmonla telefon danışığı baş tutub. Vladimir Putin bildirib ki, onun əhatəsində koronavirusa yoluxma halları qeydə alındığı üçün o, müəyyən bir müddət ərzində özünütəcrid rejiminə riayət etməlidir”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Rusiya lideri paralimpiyaçılarla görüşdə bildirib ki, onun əhatəsində əksər insanlar koronavirusa yoluxub.

Xatırladaq ki, V. Putin koronavirusa qarşı peyvənd olunub. Ona Rusiya istehsalı “Sputnik V” peyvəndi vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Peyvənd olunmayan müəllimlər məktəbə buraxılmayacaq –

Sonrakı məqalə

Cəlilabada yeni icra başçısı təyin edilib –