Putin Dağlıq Qarabağla bağlı Humanitar Yardım Mərkəzi yaratdı –FƏRMAN

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı Qurumlararası Humanitar Mərkəzin yaradılması barədə fərman imzalayıb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Kremlin saytında məlumat verilib.

Fərmanda bildirilib ki, Dağlıq Qarabağla bağlı Humanitar Yardım Mərkəzində Rusiya Fövqəladə Hallar və Xarici İşlər nazirliklərinin, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri təmsil olunacaqlar.

Təşkilati məsələlər Müdafiə Nazirliyinə həvalə ediləcək.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Dağlıq Qarabağla bağlı iclas keçirir

Sonrakı məqalə

Azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektləri üzrə monitorinqlərin ilkin nəticələri açıqlanıb