Putin Donbasa səfər edəcəkmi?- Peskov açıqladı

“Vladimir Putin vaxtı gələndə Donbasa səfər edəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumu çərçivəsində “İzvestiya”ya müsahibəsində deyib.

“Mən şübhə etmirəm ki, vaxtı gələndə belə bir səfər baş tutacaq”, – Peskov bildirib.

Mətbuat katibi həmçinin qeyd edib ki, Rusiyanın Donbasın inkişafı ilə bağlı böyük planları var: “Orada infrastruktur fəal şəkildə bərpa olunur. İnkişaf planları genişdir. Tikinti gedir, yeni qurğular istifadəyə verilir, yaşamı təmin edən sistemlərin bərpası üçün ciddi səylər göstərilir”.

Azpost.info

Əvvəlki məqalə

Daha 10 partiya yeni qanunla bağlı Milli Məclisə təklif verib

Sonrakı məqalə

Bir neçə xəstəliyi olanlara əlilliyin təyini qaydası açıqlanıb