Bir neçə xəstəliyi olanlara əlilliyin təyini qaydası açıqlanıb- RƏSMİ

Vətəndaşın bir neçə xəstəliyi varsa, hər bir xəstəliyin faizləri hesablanır və ən yüksək faiz dərəcəsi götürülərək əlillik təyin olunur.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova “Sosial saat”da deyib.

O bildirib ki, bir neçə xəstəlik üzrə faizlər eyni olarsa, yekun faiz 10 faiz artırılır.

“Digər tərəfdən, bir xəstəlikdə faiz digərindən azdırsa, vətəndaşın xeyrinə olaraq yüksək faiz dərəcəsi götürülür”, – o qeyd edib.

Xatırladaq ki, bu ilin iyulun 1-dən əlilliyin təyinatı yeni meyarlar üzrə aparılır.

Əvvəlki məqalə

Putin Donbasa səfər edəcəkmi?

Sonrakı məqalə

Rusiya ordusu Krivoy Roq şəhərində neft bazasını raketlə vurub