“Putin günlərlə Qarabağ məsələsinin həlli ilə məşğul oldu” –

Peskov  
27 Dekabr 2020 - 18:28

“Rusiya Dağlıq Qarabağda qan tökülməsinin dayandırılmasında əsas rol oynadı”.

Azpost.info bildirir ki, bu sözləri prezident Putinin mətbuat katibi Dmitri Peskov “Rossia 1” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Putin məsələnin həllində ciddi əmək sərf edib: “Putinin hazırkı vəziyyətlə bağlı mövqeyi, qarşıdurmanı dayandırmaq üçün səyləri çox qiymətlidir və bunu qiymətini vermək çox çətindir”.

Peskov bildirib ki, məsələni yalnız Bakı və Yerevanla olan qarşılıqlı hörmət, xoş və konstruktiv münasibətlər sayəsində həll etmək mümkün oldu: “Biz heç kimi təmsil etimirik. Putin münaqişəni dayandırmaq üçün Bakı və Yerevana bu sözləri deməli idi. Prezident şəxsən günlərlə, əlində telefon dəstəyi bu məsələ ilə məşğul oldu”.

Peskov vurğulayıb ki, belə təmas Türkiyə prezidenti Ərdoğanla da olub.