Putin hərbi dairələrin komandanlarını Kremlə topladı –Nə müzkirə edilib? /FOTO

Rusiya prezidenti Vladimir Putin 15 may 2024-cü il çərşənbə günü Rusiya hərbi dairələrinin bütün komandirləri ilə görüşüb.

Azpost.info bildirir ki, iclasda dövlət başçısı ilə birlikdə yeni təyin olunmuş müdafiə naziri Andrey Belousov, eləcə də onun sələfi Sergey Şoyqu iştirak edir.

Hərbi dairələrin rəhbərləri ilə görüşü açan Putin əvvəlcə Şoyquya Silahlı Qüvvələrin qurulmasına və onlara yeni görkəm verdiyinə görə təşəkkür edib. Prezident xüsusilə qeyd edib ki, Şoyqu müasir reallıqların tələbləri nəzərə alınmaqla Rusiya Silahlı Qüvvələrini formalaşdırmağa nail olub.

Putin onu da qeyd edib ki, Belousov artan müdafiə xərclərini uyğunlaşdırmaq və optimallaşdırmaq üçün məhz Şoyqunun yerinə təyin edilib.

Putin müdafiə xərclərinin mülki sənaye ilə bağlı olduğunu bildirib.

“İnkişaf məqsədlərimizə, o cümlədən sosial məqsədlərə nail olmaq lazımdır”, – deyə Putin bildirib. Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik xərclərinin artımı üzvi şəkildə mülki sənaye ilə bağlıdır və bu, bütövlükdə sənayenin inkişafına təkan verir.

Putin bildirib ki, Rusiya Silahlı Qüvvələri hər gün bütün sahələrdə vəziyyətini yaxşılaşdırır. Bu sözləri Rusiya prezidenti Vladimir Putin hərbi dairələrin komandirləri ilə görüşündə deyib. “Ötən ilin yekunlarına əsasən, düşmənin bütün əks-hücumları dəf edilib, bu ildən başlayaraq bütün istiqamətlərdə qoşunlarımız gündən-günə öz mövqelərini durmadan yaxşılaşdırır”, – deyə dövlət başçısı vurğulayıb.

Rusiya lideri həmçinin hərbi dairələrin komandirlərinə döyüş fəaliyyətinə görə təşəkkür edərək, işlərin plan üzrə getdiyini qeyd edib. Dövlət başçısı əlavə edib ki, qoşunların qarşısında hələ çox işlər var.

Əvvəlki məqalə

Putin Şoyqunu nə üçün müdafiə naziri vəzifəsindən çıxardığını şərh edib

Sonrakı məqalə

“ABŞ Çinin Rusiya sənayesinə dəstəyindən narahatdır”