“Putin hərbi qiyamın təsirindən zəifləyib” –TRAMP

“Putin hərbi qiyamın təsirindən bir qədər zəifləyib”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp Röyter-ə açıqlamasında deyib.

Tramp bildirib ki, “Vaqner”in üsyanı nəticəsində Putinin gücü müəyyən dərəcədə zəifləyib: “Deyə bilərsiniz ki, Putin hələ də oradadır, hələ də güclüdür, lakin o, insanların şüurunda bir qədər zəifləyib”. 

Trampın sözlərinə görə, əgər Putin Rusiyada birdən-birə hakimiyyətini itirərsə alternativin kim olacağı bilinmir: “Bu, daha yaxşısı, amma daha pisi də ola bilər”.

Tramp həmçinin qeyd edib ki, indi ABŞ-ın Kiyev və Moskva arasında münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda vasitəçilik etməyə çalışmağın vaxtıdır: “Mən istəyirəm ki, insanlar bu gülünc müharibəyə görə ölməyi dayandırsınlar” -deyə o, müsahibəsində bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya Ukraynadakı muzdlu əsgərləri və Qərb generallarını məhv edəcək”

Sonrakı məqalə

“Səfirliyimiz rusiyalı xokkeyçinin Polşada saxlanılmasını araşdıracaq”