“Səfirliyimiz rusiyalı xokkeyçinin Polşada saxlanılmasını araşdıracaq”- PESKOV

“Səfirliyimiz rusiyalı xokkeyçinin Polşada saxlanılmasını araşdıracaq”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Polşa hakimiyyətinin ifrat rusofob mövqeyi səbəbindən səfirliyin Varşavada işləməsihazırda olduqca çətindir.

“Moskvada daha ətraflı məlumat yoxdur . Səfirlik indi bütün bunları öyrənəcək və biz daha ətraflı məlumat alacağıq”, – Peskov deyib.

Qeyd edək ki, Polşa xüsusi xidmət orqanları birinci liqada təmsil olunan rus xokkeyçisini Rusiyaya casusluq etməkdə şübhəli bilərək saxlayıb. Prokurorluq bildirib ki, saxlanılan şəxs 2021-ci ilin oktyabrından Polşada olan və mühüm infrastruktur obyektlərinin kəşfiyyatını aparan 28 yaşlı Maksim adlı şəxsdir.

Xokkeyçi mütəşəkkil cinayətkar qruplaşmada iştirakda və Polşanın maraqlarına zidd hərəkətlərdə ittiham olunub. Bu ittihamlar üzrə 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Azpost.info

Əvvəlki məqalə

“Putin hərbi qiyamın təsirindən zəifləyib” –

Sonrakı məqalə

“Ukraynalılar böyük tərifə layiqdirlər”