“Putin, İlham Əliyev və Paşinyanın görüşü üçün tərəflərin razılığı olmalıdır” –

LAVROV
19 Noyabr 2021 - 16:04

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün keçiriləcəyinə əmin olduğunu bildirib.

Azpost.info bildirir ki, bu barədə o, Moskvada ATƏT sədri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

S. Lavrov qeyd edib ki, görüşün baş tutması üçün tərəflərin razılığı olmalıdır: “Bu görüşün keçirilməsi üçün konsensus lazımdır. Mən təsdiq edə bilərəm ki, konsensus əldə olunması üçün görüşəcək şəxslərin buna razılıq verməsi lazımdır. İnanıram ki, belə bir görüş baş tutacaq”-deyə o vurğulayıb.