Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevə Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təklif edib.
“RİA Novosti”nin xəbərinə görə, V. Putin Təhlükəsizlik Şurası sədrinin müavini postunun yaradılması barədə göstəriş verib. Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədri V. Putindir.
Xatırladaq ki, Rusiya hökuməti istefa verib.