Rusiyanın Baş naziri Medvedyev istefa verib –Hökumət üzvləri vəzifələrini tərk edib

Rusiya hökuməti istefa verib.

TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş Naziri Dmitri Medvedev Prezident Vladimir Putinin Nazirlər Kabineti ilə görüşündə bildirib. Medvedev qeyd edib ki, Prezidentin Konstitusiyaya dəyişikliklər təklifi fonunda hökumətin hazırkı tərkibində istefaya getməsini düzgün hesab edir.   

“Bu dəyişikliklər qəbul olunanda – çox güman ki, bu, müzakirələrdən sonra olacaq – təkcə Konstitusiyanın xeyli maddəsində deyil, bütövlükdə hakimiyyət balansında – icra, qanunvericilik, məhkəmə hakimiyyətində də dəyişikliklər baş verəcək. Bu kontekstdə aydındır ki, biz Rusiya Federasiyanın hökuməti kimi ölkə Prezidentinə bütün mümkün qərarları qəbul etmək imkanı yaratmalıyıq. Hesab edirəm ki, bu şəraitdə Rusiya Konstitusiyasının 117-ci maddəsinə uyğun olaraq Rusiya Federasiyasının hökumətinin hazırkı tərkibdə istefaya getməsi daha doğru olardı”, – deyə D. Medvedev vurğulayıb. 

Rusiya Prezidenti Vladimir Putin isə Medvedev hökumətinə fəaliyyətinə görə təşəkkür edib. Rusiya lideri bildirib ki, yaxın vaxtlarda kabinetin hər bir üzvü ilə ayrılıqda görüşəcək. O, kabinet üzlərindən vəzifələrinin tam şəkildə icrasını hələlik davam etdirmələrini də xahiş edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib –

Sonrakı məqalə

Putin istefa vermiş Medvedevə müavin vəzifəsini təklif edib