Putin istiotlu yeməkləri çox sevir

08 Sentyabr 2019 - 19:48

Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin komandiri Vladimir Fedoruşkin dövlət başçısının səfər zamanı necə qidalanmasından danışıb.

Axar.az xəbər verir ki, Fedoruşkin NTV-də yayımlanan “Yeni rus sensasiyaları” adlı verilişdə Putinin yeməyinin əvvəlcədən hazırlandığını və bağlı konteynerlərdə təyyarəyə gətirildiyini deyib.

“İl-96 iki mərtəbəlidir. Mətbəx birinci mərtəbədədir. Stüardessa yeməyi hazırlayır və prezidentə gətirir”, – komandir bildirib.

Fedoruşkin Putinin heç də hər zaman yeməklərdən razı qalmadığını deyib: “Elə olub ki, Vladimir Vladimiroviç deyib: “Yenə də bu yemək?!” O, daha çox dadlı və acılı yemək istəyir”