Çində baş verən zəlzələdə yaralananların sayı 63-ə çatıb

Çinin Siçuan vilayətində səhər saatlarında baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 63-ə çatıb.

Azərtac yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, Neycian şəhərinin Veyyuan qəzasında baş verən zəlzələ 63 qəsəbədə dağıntıya səbəb olub. Bir nəfərin öldüyü zəlzələ nəticəsində ümumilikdə, 132 ev dağılıb, 5041 ev isə zədələnib. Dağıntı ilə əlaqədar 2417 sakin təxliyə edilib.

Mülki müdafiə qüvvələri axtarış işləri ilə yanaşı, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Qeyd edək ki, bu gün səhər yerli vaxtla saat 6:42-də baş verən zəlzələnin ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Eldar İbrahimovdan qəribə açıqlama:

Sonrakı məqalə

Putin istiotlu yeməkləri çox sevir