Rusiya hakimiyyəti Avropanın şimal-qərbində, NATO ölkələri ilə əhatə olunmuş Kalininqrad bölgəsini qorumaq bəhanəsi ilə Baltikyanı ölkələrə hücum edə bilər.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu (ISW) bildirir.
Artıq ictimai rəyi mümkün hücuma hazırlamağa başlayıblar.
ISW analitikləri yazır ki, bu cür hazırlıq prezident Vladimir Putinin çərşənbə günü region rəhbərləri ilə görüşündə verdiyi bəyanatlarla sübut olunur.
Kalininqrad vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Besprozvannıxla videobağlantı vasitəsilə danışan Putin bir milyondan çox insanın olduğu bölgədə problemlərin olduğunu bildirib.
“Kalinqrad vilayətinin Rusiya Federasiyasının anklavına çevrilməsindən sonra bir sıra problemlər yarandı ki, onlar təbii ki, həll oluna bilər və mütləq həll olunmalıdır. Biz çalışmalıyıq ki, bu, təkcə Vətənin qərb sərhədlərindəki qalamız kimi qalmasın. Kalininqrad bölgəsi bütün ölkənin həyatına inteqrasiya olunmalıdır ki, özünü böyük bir ərazinin bir hissəsi kimi hiss etsin”, – Putin bildirib.
O əlavə edib ki, insanların hərəkəti üçün heç bir maneə olmamalıdır və regionun özü Rusiya Federasiyasının üzvi hissəsi olmalıdır.
ISW yazır ki, Putinin bəyanatları daxili auditoriyaya yönəlib və o, Kalininqrad bölgəsini qorumaq bəhanəsi ilə Baltikyanı ölkələrə qarşı gələcək təcavüz üçün zəmin hazırlaya bilər.
Müharibə başlayandan qısa müddət sonra Kalininqrad vilayəti qismən nəqliyyat blokadası altında qaldı. Litva hakimiyyəti öz ərazilərindən kömür, metal, sement, taxta, tikinti materialları və yüksək texnologiyalı məhsulların tranzitini məhdudlaşdırdı. Avropa Komissiyasının təzyiqi ilə Litva bu tədbirləri ləğv etdi, lakin 2023-cü ilin iyulunda o vaxtkı qubernator Anton Alixanov problemin həll olunmamasından şikayətləndi.
Azpost.info