Putin KTMT çərçivəsində Ermənistana kömək barədə müzakirə aparmayıb

29 Sentyabr 2020 - 15:48

Rusiya prezidenti Putin qırığız həmkarı Soorunbay Jeenbekovla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistana kömək edilməsi barədə heç bir müzakirə aparmayıb.

Azpost.info bildirir ki, bu sözləri prezidentin mətbuat katibi Peskov deyib.

Onun sözlərinə görə, bazar ertəsi keçirilmiş görüşdə ikitərəfli münasibətləri müzakirə ediblər.

“Belə bir müzakirə olmayıb”-deyə Peskov vurğulayıb.