Rusiya prezidenti Vladimir Putin Ukraynadakı məqsədlərindən əl çəkməyəcək və müharibəni sona qədər aparacaq.
Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
Onun sözlərinə görə, Putin Ukraynanın bir parçası və məhdud qələbə ilə kifayətlənməyəcək: “O, müharibədən əl çəkməyəcək. Ona görə də biz uzun müddət ərzində yüksək intensivlikli münaqişəyə hazırlaşmalıyıq. Putin müharibəni tam qələbəyə qədər aparmağa qərar verib”.
Azpost.info