Putin müharibəni dayandırmağı təklif edir –Kremldə gözlənilməz müzakirələr başlanıb /Reuters

Rusiya prezidenti Putin hazırki təmas xəttini saxlamaq şərti ilə döyüşləri dayandırmağa hazırdır.

Azpost.info bildirir ki, bu sensasiyalı məlumatı Reuters agentliyi yayıb.

Bu barədə məlumatı agentliyə 4 rus mənbəsi verib. Bununla yanaşı onlar deyiblər ki, əgər Kiyev və Qərb bu təkilfə cavab verməsə döyüşləri davam etdirəcəklər.

Putinin ətrafında gedən disskusiyalardan məlumatı olan 3 mənbə bildirib ki, Rusiya lideri azsaylı hərbi müşavirlərinə Zelenskinin Qərbin təhriki ilə danışıqları pozmaq cəhdindən  məyusluğunu bildirib.

“Putin nə qədər lazımdır o qədər döyüşə bilər. Amma Putin həmçinin müharibənin dondurulması üçün atəşin dayandırılmasına hazırdır”-deyə Putinlə çalışmış və Kremldə yüksək səviyyədə aparılan danışıqlardan xəbərdar olan dördüncü mənbə bildirib.

Bu məlumatla bağlı beşinci mənbə hazırkı cəbhə xətti saxlanmaqla müharibənin dondurulmasını şərh etməyib.

Putinin mətbuat katibi Peskov bildirib ki, Kremlin rəhbəri dialoqa açıq olduğunu dəfələrə bəyan edib.

Ukrayna XİN-dən və Müdafiə Nazirliyindən bu sualı cavablandırmaqdan imtina ediblər.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.