Putin Nazarbayevin tezliklə sağalmasını arzulayıb

Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin tezliklə sağalmasını arzulayıb.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident Vladimir Putin Nursultan Nazarbayevin keçirdiyi əməliyyatla əlaqədar tezliklə sağalmasını arzulayır. Biz də onun tezliklə sağalmasını arzulayırıq”, – Peskov bildirib.

Qeyd edək ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub, hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Azpost.info

Əvvəlki məqalə

“20 Yanvarda alovlandırılan azadlıq məşəli Zəfər yolunu nurlandırır”

Sonrakı məqalə

“Bu, Ukrayna üçün həlledici an, dünya üçün həlledici onillikdir”