“Bu, Ukrayna üçün həlledici an, dünya üçün həlledici onillikdir”- Pentaqonun rəhbəri

“Bu, Ukrayna üçün həlledici an və bütün dünya üçün həlledici onillikdir. Birləşmiş Ştatlar Ukraynaya dəstəyini davam etdirəcək”.

Azpost.info xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun bugünkü iclasında bildirib.

“Bu, dönüş nöqtəsidir. İndi yavaşlamağın vaxtı deyil. Daha dərin “qazmağın” vaxtıdır. Ukraynalılar bizə baxır, Kreml bizə, tarix də bizə baxır. Buna görə də biz dayanmayacağıq”, Ostin bildirib.

Qeyd edək ki, Almaniyadakı “Ramşteyn” hərbi bazasında keçirilən iclasda 50 ölkənin müdafiə nazirliklərinin rəhbərləri iştirak edir.

Azpost.info

 

Əvvəlki məqalə

Putin Nazarbayevin tezliklə sağalmasını arzulayıb

Sonrakı məqalə

Bakı sakini tapança satmaq istədi, saxlanıldı