Putin nüvə silahına nə zaman əl atacağını bəyan etdi –Nüvə doktrinası dəyişdirildi

Prezident Putin Rusiyanın nüvə doktrinasına dəyişiklilər edib.

Azpost.info bildirir ki, bu dəyişikliklər Ukraynaya zərbə endirməyə imkan verəcək prinsipləri ehtiva edir.

Putin Təhlükəsizlik Şurasının iclasında Rusiyaya təhdid sayılacaq əsas məqamları açıqlayıb:

◾️Rusiya Belarusa qarşı təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.

◾️Rusiyaya doğru aerokosmik hücum silahlarının buraxılması ilə bağlı etibarlı məlumat nüvə reaksiyasına səbəb olacaq.

◾️Rusiya özü və müttəfiqləri üçün yeni hərbi təhdid və risk mənbələrinin meydana çıxmasını nəzərə almağa borcludur.

◾️Rusiya hərbi doktrinasının dəqiqləşdirilməsi təsdiqlənir və təhdidlərə mütənasibdir.

◾️Rusiyanın suverenliyinə kritik təhlükə və adi silahlar nüvə cavabı üçün əsas olacaq.

Rusiya raketlərin və PUA-ların kütləvi şəkildə sərhədi keçdiyi barədə etibarlı məlumatlardan sonra nüvə silahından istifadəni nəzərdən keçirə bilər.

Hər hansı qeyri-nüvə ölkəsinin nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə Rusiyaya təcavüzü Rusiya Federasiyasına birgə hücum kimi qəbul edilməsi təklif olunur.

Əvvəlki məqalə

Müdafiə naziri “ADEX” sərgisində silah və texnika nümunələri ilə tanış olub

Sonrakı məqalə

“İsrail -Livan sərhədinə getməyin!” –