“Putin özünü Böyük Pyotr hesab edir” –Klinton "Moskva ilə dialoq vaxtı deyil" dedi

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı mövqeyini tənqid edib və Moskva ilə danışıqlara qarşı çıxıb.

Azpost.info xəbə verir ki, bu barədə “Le Point” yazır. “Onlar deyəndə ki, Rusiyanı alçaltmağa ehtiyac yoxdur, düzü, mənə elə gəlir ki, bu mərhələ artıq geridə qalıb. Putin qırmızı xətti çoxdan keçib”, – Klinton Makronun fikrinə etiraz edib.

Keçmiş dövlət katibi həmçinin qeyd edib ki, indi dialoq vaxtı deyil. Onun fikrincə, Rusiya prezidenti özünü İsveç, Baltikyanı ölkələr, Skandinaviya və Şimal ölkələrinə qarşı 20 il ərzində müharibə aparmış Böyük Pyotr hesab edir.

Klinton dünyanı Baltikyanı ölkələrin və Polşanın liderlərinə qulaq asmağa çağırıb: “Onlar bəlkə də Putinin əslində kim olduğunu və məqsədlərinin nə olduğunu daha aydın görürlər”.

Azpost.info

Əvvəlki məqalə

Ankarada güclü yağış yağdığına görə məktəblər bağlanıb

Sonrakı məqalə

Ukrayna Avropa İttifaqına hazırdırmı? –