Putin Qarabağa görə Qorbaçovu ittiham etdi:

"SSRİ rəhbərliyi heç bir tədbir görmədi”
29 Oktyabr 2020 - 18:04

Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin bu həddə gəlib çatmasında SSRİ rəhbərliyini günahlandırıb.

“RİA Novosti” xəbər verir ki, o, bu barədə “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında bildirib.

“Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla… Sovet İttifaqının o zamankı rəhbərliyi isə insanların təhlükəsizliyini təmin etmək üçün heç bir həqiqi tədbir görmədi”, – o deyib.