Putin Qarabağda əldə olunmuş sülh sazişinin müəlliflərini açıqladı

22 Noyabr 2020 - 15:40

“Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada yalnız vasitəçidir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində bildirib. Putin deyib ki, Rusiya tərəflər arasında sülhə nail olmaq məqsədi ilə  razılaşmaya əməl olunması üçün vasitəçi rolunu üzərinə götürüb: “Biz indi bu işlə məşğuluq. Razılaşmanın müəllifi üç tərəf – Rusiya, Ermənistan və Azərbaycandır”.