“Putin qazın hər kubmetrindən Avropanı parçalamaq üçün istifadə edir”- Avstriya prezidenti

“Rusiya prezidenti Vladimir Putin qazın hər kubmetrindən Avropanı parçalamaq üçün istifadə edir”.

Azpost.info xəbər verir ki, bunu Avstriya prezidenti Aleksander van der Bellen deyib.

“Avropa Rusiyaya qarşı sərt sanksiyaların tətbiqində birləşdi. Lakin Putin Avropanı parçalamaq üçün qazın hər kubmetrindən istifadə edir”, – Bellen bildirib.

Onun sözlərinə görə, Avstriya Rusiya qazından asılılıqdan qurtulmalıdır: “Avstriyalılar enerjiyə qənaət etməli və bərpa olunan mənbələrə sərmayə qoymalıdırlar”.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Kral III Çarlz ilk dəfə parlamentdə çıxış edib