Kral III Çarlz ilk dəfə parlamentdə çıxış edib

Kral III Çarlz ilk dəfə parlamentdə çıxış edib.

Kral III Çarlz monarx olduqdan sonra ilk dəfə “Westminster Hall”da deputatlar qarşısında çıxış edib.

Kral, anasının ölümündən sonra millət vəkillərinin və insanların rəğbətinə görə dərin minnətdar olduğunu söyləyib.

O əlavə edib ki, anası bir monarx kimi fədakar vəzifə nümunəsi göstərib və o da anasının yolundan davam edərək konstitusiya hökumətinə sadiqlik nümunəsinə əməl edəcəyinə söz verib.

Daha sonra Kral parlamentdə palatanın spikerləri ilə danışıb.

Qeyd edək ki, çıxışından sonra Kral Edinburqa yola çıxıb.

Bu gün Kraliçanın cənazəsi Edinburqdakı Holyroodhouse Sarayından Müqəddəs Giles Katedralinə köçürüləcək.

Əvvəlki məqalə

“Putin qazın hər kubmetrindən Avropanı parçalamaq üçün istifadə edir”

Sonrakı məqalə

Zirinc qanda insulin və şəkəri normallaşdırır