Putin Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, Qorbaçov dünya tarixinin gedişatına böyük təsir göstərən siyasət və dövlət xadimi olub.
Putin başsağlığı teleqramında Qorbaçovun humanitar, xeyriyyəçilik və maarifləndirici fəaliyyətini vurğulayıb.

Əvvəlki məqalə

Azərbaycan və Ermənistanın delimitasiya üzrə Komissiyasının iclası Brüsseldə olacaq

Sonrakı məqalə

“Qafqazda kommunikasiyaların açılması ilə bağlı paket həll razılaşdırılır” –