Azərbaycan və Ermənistanın delimitasiya üzrə Komissiyasının iclası Brüsseldə olacaq

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın üçüncü görüşünün keçiriləcəyi yer məlum olub.

Ermənistanın “Joğovurd” qəzeti xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Belçika paytaxtı Brüsseldə görüşəcək.

“Baş nazir müavinlərinin növbəti görüşü Azərbaycan və Ermənistan liderlrəinin görüşündən sonra 1 ay ərzində baş tutacaq”, – qəzet yazıb.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü dünən Moskvada keçirilib.

Əvvəlki məqalə

Putin və Lukaşenko görüşəcək

Sonrakı məqalə

Putin Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib